ABŞ Cənubi Koreya mallarına 25 faizlik idxal rüsumu tətbiq edəcək

ABŞ avqustun 1-dən başlayaraq Cənubi Koreyadan idxal olunan bütün mallara 25 faizlik əlavə rüsum tətbiq edəcək. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti İ Ce Myunqa ünvanladığı məktubda qeyd edib.

Donald Tramp qərarını iki ölkə arasında ikitərəfli ticarət əlaqələrinin qarşılıqlı olmaqdan uzaq olması ilə əlaqələndirməklə yanaşı, 25 faizlik rəqəmin ABŞ-ın Cənubi Koreya ilə ticarət kəsiri bərabərsizliyini aradan qaldırmaq üçün tələb olunandan çox az olduğunu vurğulayıb. O, xəbərdarlıq edib ki, Cənubi Koreya tariflərini yüksəltmək qərarına gəlsə, ABŞ da oxşar addımlar atacaq.

Qeyd edək ki, ABŞ aprelin 2-də Cənubi Koreya mallarına 25 faizlik əlavə rüsum təyin etdiyini açıqlasa da, sonradan tariflərin tətbiqi danışıqlar üçün 90 günlüyə ertələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə