...Rusiyada 155 yeniyetmə terrorçu və ekstremistlər siyahısına salınıb.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Rosfinmonitorinq məlumatlarına istinadən xəbər verir. Deməli, ümumi siyahıda 18 minə yaxın adamın olduğu qeyd edilir.
Terrorçular arasında ən kiçiyinin 14 yaşı var.
Qalanlarından isə 23 nəfərin 15, 46 nəfərin 16, 85 nəfər isə 17 yaşları var.
Xatırladaq ki, siyahıya daxil olan şəxslərin bütün bank hesabları bloklanıb.
Onlar ayda 10 min rubldan çox məbləğdə maliyyə əməliyyatları həyata keçirə bilməzlər.
...Bundan əvvəl Ədliyyə Nazirliyinin rəhbəri, Sankt-Peterburqun mərkəzindəki küçənin terrorçuların adını daşıdığını bəyan etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə