...İsveçin Saab müdafiə şirkətinin baş direktoru Mikael Yohansson deyib ki, Avropa İsrailin “Dəmir qübbə”si və ya ABŞ-ın təklif etdiyi “Qızıl qübbə” kimi özünün çoxqatlı raketdən müdafiə sistemi yaratmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TIME jurnalı yazır.
Onun fikrincə, dövlətlər və sənaye arasında koordinasiya olmadan Avropa yeni reallıqda öz təhlükəsizliyini təmin edə bilməyəcək.
Döyüş təyyarələri, sualtı qayıqlar və hava hücumundan müdafiə sistemlərinin inkişaf etdiricisi olan Saab rekord artım nümayiş etdirir. 2024-cü ilin əvvəlindən şirkətin səhmləri iki dəfə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri isə 8 dəfə artıb.
Bu, qlobal qeyri-sabitlik fonunda müdafiə texnologiyalarına artan tələbatı təsdiqləyir.
...Yohansson qeyd edib ki, Ukraynadakı müharibədən vacib dərslər var: avtonom sistemlərə ehtiyac, daimi yeniləmələr, süni intellektlərin nəzarət və elektron müharibə sistemlərinə inteqrasiyası...
O, gələcəyin bir-birinə bağlı şəbəkələrdə, süni intellektdə və hipersəs silahlarından müdafiədə olduğunu vurğulayıb. İsveçin NATO-ya daxil olmasından sonra Saab yeni çağırışlara, o cümlədən Finlandiyanın Rusiya ilə sərhədində və Baltikyanı ölkələrdə təhlükəsizliyin təmin edilməsinə uyğunlaşır.
Şirkət ABŞ-ın regionda üstünlüyünə baxmayaraq, Asiya ölkələri, o cümlədən Tailand və Filippinlə Gripen qırıcılarının tədarükü ilə bağlı danışıqlarda fəal iştirak edir.
Yohansson, həmçinin Amerikanın silah təchizatından Avropanın daha çox müstəqilliyinə çağırıb.
...Büdcənizin 78 faizini Avropadan kənarda, əsasən ABŞ-da xərcləyə və hələ də strateji muxtariyyətdən danışa bilməzsiniz".
Bunu deyən Yohanssonun fikrincə, Avropa üçün “Qızıl günbəz” arzu deyil, zəruri addımdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə