Pentaqon çatdırılmaların bərpa olunduğunu elan etdi...

Putini tənqid edən Tramp, Ukraynaya silah göndərəcəyini vəd edir...

...Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardım çərçivəsində müdafiə üçün silah verəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, RBC-Ukraynanın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə deyib.

...Daha çox silah göndərməli olacağıq, bunu etməliyik. Onlar özlərini müdafiə etməyi bacarmalıdırlar. Onlara çox güclü zərbə vurulur. Biz ilk növbədə daha çox silah, müdafiə silahı göndərməli olacağıq.

Deməli, Bunu Tramp deyib.

Amerika lideri Vladimir Putinin dayanmamasından çox məyus olduğunu bildirib. Tramp insanların öldüyünü vurğulayıb.

...Prezident Putinin dayanmadığına görə məyus oldum.

Tramp bunu hiddətlə bildirib və əlavə edib ki, Kreml rəhbəri, görünür, müharibəni dayandırmaq niyyətində deyil.

Pentaqonun reaksiyası

…Trampın Kiyevə müdafiə ləvazimatları ilə kömək etmək zərurəti ilə bağlı bəyanatından sonra Pentaqon Ukraynaya silah tədarükünün bərpası ilə bağlı bəyanat yayıb.

…Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərir ki, biz qalıcı sülhü təmin etmək və qətli dayandırmaq üçün çalışarkən ukraynalılar özlərini müdafiə edə bilsinlər.

Bu, bəyanatda deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə