Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi “Baku Busa” məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, Seyfəddin Mustafazadə Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB