Magistralda baş verən qəzada 7 nəfər ölüb

Orenburq-Orsk avtomobil yolunda iki minik avtomobili və yük maşını toqquşub, qəza nəticəsində 7 nəfər ölüb. Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin Orenburq vilayəti üzrə mətbuat xidmətinə istinadən məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qəza Ural kəndinə döngədə baş verib. İlkin məlumata görə, Orskdan hərəkət edən “Hyundai ix35” markalı avtomobilin sürücüsü qarşıdan gələn zolağa çıxıb və “Lada Largus” markalı avtomobillə toqquşub, bundan sonra avtomobillərdən biri “Scania” markalı yük maşınına çırpılıb.

Orenburq vilayətinin Səhiyyə Nazirliyindən bildirilib ki, qəza nəticəsində 7 nəfər hadisə yerində ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə aparılıb, onların vəziyyəti stabil ağırdır. Hadisə yerində polis və digər fövqəladə hallar xidmətinin əməkdaşlarıdır, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Qeyd edək ki, bundan əvvəl Dağıstanın Dokuzparinski rayonunda turistlərin olduğu avtomobil dərəyə aşıb. Belə ki, Kuruş kəndi yaxınlığında baş verən qəzada ölüm olmasa da amma ümumilikdə 6 nəfər xəsarət alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə