Gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
SİA-nın xəbərinə görə, Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "Opel" markalı minik maşınının toqquşması nəticəsində hər 2 avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüb.
İkisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, övladları - 2001-ci il təvəllüdlü Məryəm Ceyhun qızı Kərimova, 2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli, azyaşlıların nənəsi, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova və hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar.
Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-ın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB