56 yaşlı Şəmkir sakini bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

SİA -nın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Qurbanov Şahmar Qurban oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. 56 yaşlı kişinin hansı səbəbdən bıçaq xəsarəti alması məlum deyil.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində axtarışlara başlanıb.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə