Quldurluq üstündə tutuldular

Sumqayıt şəhər sakini A.Əsgərova qarşı quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə müraciət edən Kimyaçılar qəsəbə sakini A.Əsgərov aprelin 7-də qəsəbə ərazisində 2 nəfərin onu döyüb mobil telefonunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə