Qubada ev yanıb

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli taxta konstruksiyadan ibarət ev və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə