Rusiyanın Tümen vilayətində erməni ailəsi məhv edildi

Rusiyanın Tümen vilayətində erməni ailəsi məhv edildi

Rusiyanın Tümen vilayətində qətl hadisəsi baş verib. SİA-nın news.am saytına istinadən verdiyi məlumata görə, naməlum şəxslər bir erməni ailəsinin 4 üzvünü güllələyib.

Maskalı şəxslər ailənin yaşadığı evə girərək ətrafa atəş açmağa başlayıb. Nəticədə ailənin yaşı 30-58 arasında olan 4 üzvünün hamısı həlak olub.

İlkin versiya kimi qətlə kommersiya fəaliyyətinin və ya kriminal aləmlə bağlı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə