Narkotiklə məşğul olan şəxs tutuldu

Göyçay rayonunun Qəbələ-Müskürlü kənd sakini T.Əmircanovdan narkotik vasitələr götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Göyçay RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Qəbələ-Müskürlü kənd sakini, əvvəllər məhkum olunmuş T.Əmircanovun yaşadığı evin həyətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 kiloqram 480 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə