Bərdədə yol qəzası olub, iki nəfər ölüb

Bərdədə yol qəzası olub, iki nəfər ölüb

Oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində xəsarət almış sürücü və üç sərnişin xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən Emin Məmmədov və Elgün Kərimov orada ölüb. Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə