Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Nizami küçəsi, ev 9 ünvanında qeydə alınıb.
Belə ki, birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə ev sakini, 1978-ci il təvəllüdlü Namiq Rafiq oğlu Əliyev yanaraq ölüb. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB