Daşkəsən rayonunda dəhşətli yol qəzası baş verib. Gəncə-Daşkəsən yolu ilə hərəkət edən "VAZ 21011" markalı avtomobil dərəyə yuvarlanıb. Daşkəsən rayon Polis Şöbəsinin müstəntiqi İlqar Əliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, avtomobilin sürücüsü İbrahimov Kamal İsa oğlu avtomobildə idarəetməni itirərək 100 metr dərinliyində dərəyə yuvarlanıb.
Nəticədə sürücü yerindəcə keçinib. Maşında olan digər iki sərnişin Məmmədova Elmira İkram qızı və Musayev Anar Eyyub oğlu ağır vəziyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb, oradan isə Bakıya göndərilib.
Şahidlərin sözlərinə görə hadisəyə səbəb maşının hərəkət etdiyi yolun sürüşkən olmasıdır. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə iş açılıb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB