Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daşkəsən rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü İmanov İbrahim Xanoğlan oğlunun idarə etdiyi "QAZ 2400" markalı avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimallara görə qəzaya yüksək sürət səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB