121 yol-nəqliyyat hadisəsi baş verib

121 yol-nəqliyyat hadisəsi baş verib

Oktyabr ayında respublikanın avtomobil yollarında 121 yol-nəqliyyat hadisəsi baş verib. SİA Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 60 nəfər ölüb, 185 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə