Su anbarında batan şəxs xilas edilib

Su anbarında batan şəxs xilas edilib

Mingəçevir şəhərindəki çimərlikdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilasedicilər tərəfindən sudan çıxarılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 18:00 radələrində Gəncə şəhər sakini, 1996-ci il təvəllüdlü Ağaməmmədov Vüsal Şöhrət oğlu dostları ilə birgə Mingəçevir su anbarının sahilindəki çimərlikdən kənar ərazidə çimən zaman suda boğulmaq təhlükəsi ilə üzləşib. Dərhal əraziyə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc axtarış qrupunun xilasediciləri cəlb olunub.

Batmaq üzrə olan şəxsi xilas edilərək sahilə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə