Evdə qadın cəsədi tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1961-ci il təvəllüdlü Barekina Larisa Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:55-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə