Yaşayış evində yanğın olub

Bu gün Mingəçevirdə yerləşən yaşayış evində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu gün Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağında ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə