Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində təmirə dayanmış ümumi sahəsi 35 kv.m olan birmərtəbəli stomatoloji şöbədə qaz sızması nəticəsində partlayış baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. Yanğın hadisəsi baş verməyib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə