Sumqayıt şəhərində avtobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus "Jeep" markalı minik avtomobilinin təkərlərində baş vermiş sürtünmə nəticəsində arxa təkərinin və körpüsünün üzərində olan plastmas konstruksiyalar yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB