Bu gecə ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu, Xəzər kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 8 otaqlı qamışdan ibarət evin 7 otağının yanar konstruksiyaları və ev əşyaları 184 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanıb, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan bərbərxananın yanar konstruksiyaları yanıb. Bərbərxanaya bitişik ikimərtəbəli yaşayış binası yanğından mühafizə olunub.
Hər 3 yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB