Bərdə rayonunda ailə faciəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ötən gün saat 21:05 radələrində baş verən hadisədə 17 yaşlı oğlan özündən böyük bacısını əli ilə boğaraq qətlə yetirib.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polisin keçirdiyi əməliyyat nəticəsində bacısını öldürən 1998-ci il təvəllüdlü Mirağa Şahbazov tutulub.
O, polisə verdiyi ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü bildirib.
Qeyd edək ki, evli kişi ilə qoşulub qaçan Nəzakət Şahbazova həmin şəxslə qeyri-rəsmi münasibətdə olublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB