Lənkəran sakinində külli miqdarda narkotik aşkarlanıb

Lənkəran sakinində külli miqdarda narkotik aşkarlanıb

Lənkəran rayon sakinində külli miqdarda narkotika ilə yaxalanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi(ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nətiəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Xaqani Novruzəli oğlu Qubadov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki düyü kisəsinin içərisindən 806,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 298,653 qram çəkidə tiryək, şalvarının sol yan cibindən isə 1,7 qram çəkidə qurudulmuş marixuana maddəsi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə