İyulun 12-də Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar isə qarın nahiyyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, F.Həsənov aldığı xəsarətlər nəticədə, xəstəxanada ölüb. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB