Ticarət mərkəzində oğurluq faktı

Ticarət mərkəzində oğurluq faktı

Qusar sakini Bakıda ticarət mərkəzində oğurluq etməkdə şübhəli bilinir. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 9-da paytaxtın Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində piştaxtanın üzərindən Bakı şəhər sakini Lalə Nəbiyevaya məxsus içərisində 200 manat və ev açarları olan pul kisəsi oğurlanıb.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Qusar rayon sakini 1973-cü il təvəllüdlü Səmayə Vəlibəyova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə