Bakıda avtomobil aşdı: ölən var

Bakıda avtomobil aşdı: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 8-i saat 03:30 radələrində, Xəzər rayonu Qala-Zirə yolunda qəsəbə sakini 1987-ci il təvəllüdlü Anar Hüseynov idarə etdiyi "Opel-Vektra" markalı avtomobilin idarəetməsini itirərək aşırıb.

Nəticədə A.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Şamo Gözəlov xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə