Sahil Ticarət Mərkəzinin yerləşdiyi binada baş verən yanğın söndürülüb. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. E. Mirzəyev SİA-ya verdiyi açıqlamada deyib ki, hadisənin başvermə səbəbləri hələlik məlum deyil. O, yanğının səbəblərinin araşdırmalardan sonra bəlli olacağını bildirib: "Yanğın artıq söndürülüb. Bəzi yerlərdə xırda yanğınlar qalıb ki, onların da qarşısı alınmaq üzrədir. Hadisə yerinə yanğınsöndürənlərin bir qədər gecikməsinə gəlincə deyə bilərəm ki, buna səbəb həmin əraziyə yaxın yerlərdə avtomobillərin çoxluğu idi. Məhz buna görə də xilasedicilər hadisə yerinə tez gələ bilmədi".
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov isə bildirib ki, 3 nəfər tüstüdən zəhərlənib. Onlar ticarət mərkəzində işləyənlər yox, binada yaşayan sakinlər olub. Tüstüdən zəhərlənmə yüngül olduğundan onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Bundan əlavə daha 2 nəfər yüngül xəsarət alıb. Bunlardan biri FHN-in əməkdaşı, digəri isə vətəndaşlar arasında yanğını müşahidə edən şəxs olub. Heç kim xəstəxanaya yerləşdirilməyib".
Hazırda yanğın söndürülüb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB