Azərbaycanda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, qəza Bakı - Şamaxı-Yevlax avtomobil yolunun 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.
Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Tural Mübariz oğlu Mustafayev idarə etdiyi 90 GC 751 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı avtomobili aşırıb.
Qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan digər sərnişin Ağdaş rayon sakini, 1995-ci il təvəllüdlü Anar Mircəlal oğlu Abdullayev dünyasını dəyişib, 1983-cü il təvəllüdlü Aqil Əlövsət oğlu Qasımov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB