Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvanda bıçaqlanma hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Sabirabad rayonu Ağaməmmədli kəndində qeydiyyatda olub, Şirvan şəhəri Çəmənzəminli küçəsi ev 22-də yaşayan 34 yaşlı Şirinov Əlipaşa Xalığ oğlu qonşusu 40 yaşlı Qurbanov Arif Uruf oğlu tərəfindən bıçaqlanıb. Qarın boşluğundan bıçaq zərbəsi alan Şirinov Əlipaşa Şirvan Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı Şirvan şəhər Polisi İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən Arif Qurbanov əvvəllər dəfələrlə həbs olunaraq məhkumluq həyatı yaşayıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə