Türkiyədə dəhşətli yol qəzası baş verib

Türkiyədə dəhşətli yol qəzası baş verib

Türkiyənin Çankırı bölgəsinin Yarpaqlı ilçəsində dəhşətli yol qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 1 nəfər ölüb, 6-sı isə yaralanıb. Qəza nasaz maşının yol kənarında dayanmış başqa maşına çırpılması nəticəsində baş verib. Yol kənarında dayanmış maşının sürücüsü hadisə yerindəcə keçinib. Digər maşının sürücüsü və sərnişinləri ağır yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə