Ötən gecə saat 04:00 radələrində Sabirabad rayonu Qalaqayın kəndi ərazisində yol tikinti idarəsinin mühəndisi vəzifəsində işləyən Bakı şəhər sakini Ramil Məhəbbət oğlu Mustafayev iş başında olarkən tanımadığı şəxslərin zorakılıq hücümuna məruz qalıb. SİA-nın Aran bürosunun verdiyi məlumata əsasən, həmin şəxslər mühəndisin baş və bədən nahiyyələrinə küt alətlərlə çoxlu sayda xəsarətlər yetirərək boynundakı qızıl boyunbağını qopararaq ona qarşı quldurluq ediblər.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Ramil Məhəbbət oğlu Mustafayevə qarşı quldurluq hərəhəti etmiş Sabirabad rayon Qalaqayın kənd sakinləri 23 yaşlı Pərviz İlham oğlu Abbasov, 33 yaşlı Ruslan Barat oğlu Mirzəyev, 31 yaşlı Samir Fərhad oğlu Əliyev və 26 yaşlı Mehman Ələsgər oğlu Ələsgərov saxlanılıblar. Həmin şəxslər polis şöbəsində etdikləri əməllərini səmimi etraf ediblər.
Faktla bağlı cinayət işi açılıb araşdırmalar davam etdirilir.
Yaralı isə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB