Sumqayıt şəhərində dəmir yolu keçidində "VAZ" markalı minik avtomobili və yük qatarı toqquşub. SİA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hadisə dünən axşam saatlarında baş verib. Belə ki, Sumqayıt şəhərində dəmir yolu keçidində baş verən qəza nəticəsində minik avtomobilin sürücüsü yaralanıb, sərnişini isə hadisə yerində ölüb.
Faktla bağlı hadisə yerinə cəlb edilən xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalanları deformasiyaya uğramış avtomobildən çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB