Şabran rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Şabran rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndob-Yalama yolunun 7-ci kilometrliyində qeydə alınıb.
SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Lənkəran rayon sakini 28 yaşlı Xəzər Babayevin idarə etdiyi "Hyundai" markalı yük maşını Şabran rayon sakini, 39 yaşlı Mahir Hüseynova məxsus "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü Mahir Hüseynov ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzadan sonra "VAZ 2106" avtomaşını tanınmaz vəziyyətə düşüb. İlkin ehtimallara görə, qəza "VAZ 2106"-nın sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəbindən baş verib. Hazırda faktla bağlı araşdırma aparılır, qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB