Qazaxıstanın Petropavlovsk şəhərindən 3 km aralıda, Taymıs-Omsk-Novosibirsk neft kəmərində qəza baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, kəmərin Şimali Qazaxıstan vilayəti ərazisindən keçən hissəsində qeydə alınmış hadisə nəticəsində təxminən 1000 kv.m sahəyə 200 kub metr həcmində neft dağılıb. Yanğın hadisəsi olmayıb. Hazırda əraziyə cəlb olunmuş xilasedicilər xüsusi texnika vasitəsilə hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB