Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb

Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.

SİA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı yaşlı Taleh Əmrahov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 40 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə