Keçmiş əri uşaq bağçasının müdirəsini iş otağında bıçaqlayıb

Keçmiş əri uşaq bağçasının müdirəsini iş otağında bıçaqlayıb

Tovuzda uşaq bağçasının müdiri iş otağında döyülüb. Hadisə rayonun Dönük Qırıqlı kəndində yerləşən uşaq bağçası - körpələr evində qeydə alınıb. Məlumata görə, 50 yaşlı Elçin Səfərov (ad və soyad şərtidir) bağçaya gəlib. Burada müəssisənin müdiri, keçmiş həyat yoldaşı olan Şəfiqə ilə (şərti ad) aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, əvvəl qadını boğub, sonra isə kürəyinə bıçaqla bir neçə dəfə vuraraq xəsarət yetirib.

Elçin Səfərov faktla bağlı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Elçin Səfərov bir ay müddətinə inzibati qaydada həbs olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə