İsmayıllıda maşın piyadanı vuraraq öldürüb

Bu gün 02:00 radələrində Zaur Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə İsmayıllı rayonunun Xanagah kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 1989-cu il təvəllüdlü 36 yaşlı Cavad Xəlilovu vurub.

SİA xəbər verir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə