BDYPİ: uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir
Uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir.
SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu səfərə çıxan sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, həftəsonları ölkə əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir:
"İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır".
Müraciətdə vurğulanıb ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur.
Xəbər lenti
Prezident Peter Pelleqrini Milli Məclisdə olub
Siyasət 18:53Marneulidə Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib
Mədəniyyət 18:09Putinin beş zəifliyi...
Dünya 18:06Kir Starmer parlamentdə alqışlarla yola salınıb
Dünya 18:01Yaponiyada turist axını son beş ildə ilk dəfə azalıb
Turizm 17:53Rusiya, Ukrayna və Macarıstan... - NƏ BAŞ VERİR?
Dünya 16:23Bəzi rayonlara leysan yağacaq
Hadisə 16:00Azərbaycan və Slovakiya rəqəmsal dələduzluqla mübarizəni müzakirə edib
İqtisadiyyat 15:49Balıq məhsulları bahalaşacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15:45M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
Hadisə 14:30Süfrədən zibil qutusuna gedən nemətlər - KÖŞƏ
Sosial 14:25Səbrimizi nə vaxt itirdik? - KÖŞƏ
Köşə yazıları 14:08Rusiyaya qarşı "Cəhənnəm sanksiyaları" - ANALİZ
Siyasət 13:38AQTA əhaliyə müraciət etdi
Hadisə 13:21Rusiyada kiçik və orta sahibkarlığa son
İqtisadiyyat 12:59Bakıda 32 dərəcə isti olacaq
Sosial 12:56Şuşa əməkdaşlıq məkanına çevrilib - MƏQALƏ
Siyasət 12:34Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
Siyasət 12:24Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
İqtisadiyyat 10:56Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Sosial 10:51Azərbaycan neftinin qiyməti 5 dollardan çox artıb
İqtisadiyyat 10:0675 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
Sosial 05:06Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...
Dünya 03:04İspaniya millisi FİNALDA! - YENİLƏNİB
İdman 01:01Tuqay Hüseynov Monteneqrodan Azərbaycana ekstradasiya olundu
Sosial 14 İyul 23:31Bakıda 39 nömrəli marşrutun hərəkət sxemi DƏYİŞİR
Sosial 14 İyul 23:18TRT-nin Bakı nümayəndəliyinin yeni rəhbəri açıqlandı
Sosial 14 İyul 23:04"Barselona" ŞOKDA - bu futbolçu 4 ay yaşıl meydanlardan uzaq qalacaq...
İdman 14 İyul 22:29Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9443
+0,40%
-
GBP
2,2784
+0,32%
-
RUB
2,1949
-0,95%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
.jpg)
.jpg)

