Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatına ağır itki üz vermişdir.
SİA xəbər verir ki, 1996-cı ildən YAP Qazax rayon təşkilatında müxtəlif vəzifələrdə çalışmış, partiya veteranı, gözəl insan,qayğıkeş ailə başçısı Qayayev Rövşən Qiyas oğlu ömrünün 62-ci ilində qəflətən vəfat etmişdir. R.Qayayev bütün fəaliyyəti müddətində partiyaya, dövlətə sadiqlik nümayiş etdirmiş, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Səmimi və təvazökar insan olan Rövşən Qayayevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB