Sabirabadda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Sabirabad rayonunda həmyerliləri arasında mübahisə bıçaqlanma hadisəsi ilə nəticələnib. SİA xəbər verir ki, martın 28-də saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib.

M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

E.Ramazanov Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək lazımi tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə