Sabirabadda 3 otaqlı evdə yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonunun Qaratəpə kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə