Ötən ay dövlət sərhədində ümumi dəyəri 16 milyon manatdan çox olan qaçaqmal tutulub

Ötən ay dövlət sərhədində ümumi dəyəri 16 milyon manatdan çox olan qaçaqmal tutulub. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, ötən ay 20 ədəd 9 mm-lik tapança mərmisi, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

DSX tərəfindən fevral ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 193 qram narkоtik vasitə, 191 ədəd həb və 105 litr maye şəkilində narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə