Fevralın 28 -də saat 19:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.
Digər 4 nəfər zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
22:08
Ağcabədidə baş verən zəncirvari qəzada 5 nəfər ölüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisindən baş verib. "Mercedes", "KİA" və VAZ markalı avtomobillərin iştirakı ilə baş verən qəzada VAZ-ın sürücüsü və 4 sərnişin hadisə yerində ölüb. Ağcabədi rayonu təcili tibbi yardım xidmətinin əməkdaşları zərərçəkənləri aidiyyəti üzrə təhvil vermək üçün hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB