Fevralın 28-də İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Yerli vaxtla saat 07:49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 3 kilometr dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, fevralın 27-də də İsmayıllıda 3.3 maqnitudalı zəlzələ olmuşdu. Onun ocağı 43 kilometr dərinlikdə yerləşirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə