Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.
Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə