Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb

25 Yanvar 2025 19:35 (UTC+04:00)

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.