Oğuzda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Xalxalqışlaq kənd ərazisində qeydə alınıb.

Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub.

69 yaşlı Q.Qurbanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə