Sabirabadda 18 yaşlı qız su kanalına düşərək boğulub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Balakən kəndində qeydə alınıb. Mədinə Hüseynova evlərinin yaxınlığındakı su kanalına düşərək boğulub. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə